23.12.2024, 08:16
AZ EN
02.08.2024, 14:52 251

Vardanyan: "İran Zəngəzur dəhlizi məsələsində səmimi deyil"

XƏBƏRLƏR
  • İran Zəngəzur dəhlizini beynəlxalq sərhədlərin və Ermənistanın ərazi bütövlüyünün pozulması kimi qəbul edir. Həmçinin rəsmi Tehran belə bir dəhlizin İrəvanın maraqlarından çıxış etmədiyini bəyan edir.

"Vətən səsi" xəbər verir ki, bunu “Sputnik Ermənistan”a müsahibəsində iranşünas ekspert Janna Vardanyan İran tərəfinin Ermənistanın ərazi bütövlüyü və Zəngəzur dəhlizinin qəbuledilməzliyi ilə bağlı növbəti bəyanatını şərh edərkən deyib. O, qeyd edib ki, İranın ali dini lideri Əli Xameneyi bir neçə gün əvvəl Tehranda Nikol Paşinyanla görüşü zamanı Ermənistanın ərazi bütövlüyünün qorunub saxlanması barədə mövqeyini təsdiqləyib: "Əli Xameneyi bəyan edib ki, İran Zəngəzur dəhlizi ideyasının Ermənistanın maraqlarına cavab vermədiyinə inanır və buna qətiyyətlə yanaşır. Ermənistan və İran qarşılıqlı şəkildə ikii dövlətin və xalqın tərəqqisi naminə dostluq münasibətlərinin inkişafına yönəlmiş addımlarını davam etdirəcək".

Janna Vardanyan bildirib ki, Ermənistanla İran arasında keçirilən görüşlərdən sonra hər iki ölkənin yaydığı mesajlar həmişə fərqli olur. Onun sözlərinə görə, bu, o qədər də təəccüblü deyil: "İranın Zəngəzur dəhlizi məsələsinə münasibəti dəyişməyib, onlar 4 il əvvəl hansı mövqedə idisə, indi də elədir. İranın bu mövqedən çıxış etməsinin müxtəlif motivləri var. İndi İranın yeni prezidenti olduğu üçün Tehran bu mövqeyini bir daha təsdiqlədi. Bununla da onlar bir daha vurğulayırlar ki, prezidentin dəyişməsi bu mövqeyə heç bir şəkildə təsir göstərməyib. Bu, dövlət maraqlarına əsaslanan İranın bütün dövlət sisteminin mövqeyidir”.

İranşünas ekspert vurğulayıb ki, Tehran indiyədək heç vaxt hökumət səviyyəsində rəsmi şəkildə Zəngəzur dəhlizinin İranın maraqlarına zidd olduğunu bəyan etməyib. Vardanyan hesab edir ki, bu cür müşahidələr yalnız ekspertlər səviyyəsində özünü büruzə verir: İranın rəsmi açıqlamalarında Tehranın regionda beynəlxalq sərhədlərin dəyişdirilməsinin əleyhinə olduğu bildirilib. Xameneyinin bəyanatı da İranın mövqeyinin dəyişmədiyini təsdiqləyir. Lakin İran təhlükəsizlik və sülhün təmin edilməsi məsələsində region ölkələri ilə səməmimi əməkdaşlığa və qarşılıqlı dəstəyinə arxalanmalıdır".

Elxan SALAHOV

Oxşar xəbərlər