Bu barədə Türkiyənin xarici siyasət idarəsinin mətbuat xidməti sosial şəbəkədə məlumat yayıb.
“Nazir müavini səfir Berris Ekinci Azərbaycanın Ankaradakı səfiri Rəşad Məmmədovla görüşüb”, – məlumatda qeyd olunub.
Bildirilib ki, tərəflər “enerji və nəqliyyat sahələrində əlaqələr və çoxtərəfli platformalarda, o cümlədən ATƏT çərçivəsində əməkdaşlıq” ətrafında fikir mübadiləsi aparıblar. (Report)