Bu barədə Toivo Klaar "X" hesabında paylaşım edib.
"Dünən Serdar Kılıç və Ruben Rubinyan arasında Ermənistan - Türkiyə sərhəddində mühüm görüş oldu. Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması və kommunikasiyaların yenidən açılması Cənubi Qafqazın daha sabit və firavan olması üçün vacib elementlərdir", - Klaar vurğulayıb.
Xatırladaq ki, iyulun 30-da Ermənistan və Türkiyənin normallaşma üzrə xüsusi nümayəndələri Ruben Rubinyan və Sərdar Kılıç sərhəddə görüşüb. (APA)