22.11.2024, 21:07
AZ EN
27.07.2024, 14:10 189

Lakşmi Partasarati: Beynəlxalq ictimaiyyət mina problemini həll etmək üçün birləşməlidir

XƏBƏRLƏR
  • Beynəlxalq ictimaiyyət mina problemini həll etmək üçün birləşməlidir.

Bu barədə ABŞ-dan olan səyahətçi Lakşmi Partasarati bildirib.

O, Azərbaycanın beynəlxalq ictimaiyyətin diqqətini işğaldan azad edilmiş ərazilərdəki mina probleminə yönəltməklə düzgün yolda olduğunu qeyd edib.

“Mən mina problemindən əziyyət çəkən bir çox ölkələrdə olmuşam. Beynəlxalq ictimaiyyət bu problemi həll etmək üçün mütləq birləşməlidir”, - L.Partasarati deyib.

Səyyah Qarabağa və Şərqi Zəngəzura səfəri barədə danışarkən səyahətin yaddaqalan olduğunu vurğulayıb: “Bu, füsunkar bir neçə gün oldu. Azərbaycanda əvvəllər heç vaxt olmamışdım, ölkəniz çox gözəldir, buradakı insanlar isə çox qonaqpərvərdirlər. Azərbaycana yenidən səfər etmək və burada daha çox qalmaq istərdim”. (Report)

Oxşar xəbərlər