Bu barədə almaniyalı səyyah Yoahim fon Löben deyib.
Şuşa haqqında danışan səyyah qeyd edib ki, bu şəhər ona Qüdsü xatırladır.
"Bu, bənzərsiz bir şəhərdir. Bu şəhərin sizin üçün əhəmiyyəti və müqəddəsliyi mənə Qüdsü xatırladır", – o bildirib.
Səyyah, həmçinin deyib ki, Qarabağda Füzuli şəhərinin timsalında şahidi olduğu bərpa işlərinin sürəti onu heyran edib.
"Sakinlər artıq ora qayıtmağa başlayıblar və bütün infrastruktur cəmi bir-iki ilə tikilib", - o əlavə edib. (Report)