Burada onlara Azərbaycanın brendi olan "ASAN Xidmət"in yaranma zərurəti və fəaliyyəti haqqında məlumat verilib.
Daha sonra isə eyni kompleksdəki "DOST" Mərkəzi ilə tanışlıq olub.
Bildirilib ki, sözü gedən mərkəz Azərbaycan əhalisinin dayanıqlı və operativ sosial təminat xidmətləri ilə təmin olunması məqsədilə yaradılıb.
O da vurğulanıb ki, hər iki mərkəz təyinatına uyğun olaraq vətəndaşların dövlət xidmətlərindən çevik və operativ yararlanmasına xidmət edir.
Tanışlıq zamanı həmçinin bir sıra ölkələrin Azərbaycanın "ASAN Xidmət" modeli ilə maraqlandığı, bəzilərində isə bu modelə keçid edildiyi vurğulanıb. (APA)