22.11.2024, 13:47
AZ EN
19.07.2024, 13:49 301

BMT rəsmisi: Azərbaycanda minalardan təmizləmə üzrə beynəlxalq mərkəz açılacaq

XƏBƏRLƏR
  • Azərbaycanda Minalardan Təmizləmə üzrə Beynəlxalq Mükəmməllik və Təlim Mərkəzi açılacaq.

Bunu BMT-nin İnkişaf Proqramının Azərbaycandakı Rezident Nümayəndəsinin səlahiyyətlərini icra edən Alessandra Rokkasalvo Naxçıvanda jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, təmiz suya əlçatanlıq kimi təməl məsələlər məhz insan hüquqlarının əsasını təşkil edən faktorlardır:

“Bakı ilə Naxçıvanın iqlimi tamam fərqlidir. Mən Qarabağda, Lənkəranda olmuşam. Yəni Azərbaycanın əksər rayonlarını görmüşəm. Naxçıvan isti yer olsa da, Bakı ilə müqayisədə burada rütubət yoxdur. Mən dünən eyni zamanda Duzdağda oldum, çox gözəl texniki qulluq göstərən məkandır”.

BMT təmsilçisi həyata keçirilən fəaliyyətlə əlaqədar müəyyən statistikanı da açıqlayıb:

“Keçən il görülən işlərin dəyəri 15 milyon ABŞ dolları idisə, bu il əhatə dairəmiz daha da böyüməkdədir. Mən əminəm ki, bu məbləğ də artacaq. Buraya sosialyönümlü sahələr aiddir, ANAMA-ya ərazilərin minalardan təmizlənməsində dəstək oluruq.

Minaların təmizlənməsi ilə bağlı xüsusi mükəmməllik mərkəzi açılacaq. Bundan başqa, insanların iş imkanlarının genişləndirilməsinə dair təlim, bilik və bacarıqların bölüşdürülməsi üçün təhsil mərkəzləri yaradılacaq”.

“Qanunun aliliyi və eyni zamanda, hüquq və azadlıqları əhatə edən portfelimiz də var. Ümumiyyətlə, biz 135 ölkə ilə əlaqəli fəaliyyət göstəririk. Məhz Naxçıvanda təşkil edilən iqlim dəyişikliyi ilə bağlı tədbir də qanunun aliliyi, həmçinin hüquq və azadlıqların təmin olunmasını nəzərdə tutan portfelimizə əsasən keçirilir”, - A.Rokkasalvo vurğulayıb. (Report)

Oxşar xəbərlər