18.10.2024, 12:13
AZ EN
18.07.2024, 12:25 245

Şanxay Əməkdaşlıq Təşkilatı Ermənistanı qəbul etmir

XƏBƏRLƏR
  • Hazırda Ermənistan siyasi dairələrində ən çox müzakirə olunan məsələlərdən biri də Ermənistanın bu beynəlxalq təşkilatın sırasına qəbul edilib edilməyəcəyidir.

"Hraparak"ın bu günkü sayında qeyd olunub ki, Azərbaycan da daxil olmaqla 6 dövlət həmin təşkilata üzv qəbul ediləcək. Amma Ermənistana hələ də yekun cavab verilməyib. Müəllif bunun səbəbini də açıqlayıb. Yazıb ki, Azərbaycan hər il iqtisadi sahədə uğurlar qazansa da Ermənistan bundan məhrumdur və sosial, iqtisadi böhran getdikcə dərinləşir.

Müxalifət isə hesab edir ki, sözügedən təşkilat Ermənistanı nəinki daimi üzv, hətta müşahidəçi qismində də görmək istəmir və bunun əsas səbəbi Azərbaycanın apardığı məqsədyönlü xarici siyasətidir.

Görünür, həmin təşkilatdakılar hayların aravuranlığına bələddirlər və istəmirlər ki, işlərinə, el təbirincə desək, pəl vurulsun.

N.Qaramanlı

Oxşar xəbərlər