Hakim Yeni Azərbaycan Partiyası (YAP) bu gün keçirilən iclasında işğaldan azad edilmiş ərazilər də daxil olmaqla, namizədlərinin siyahısını açıqlayıb.
"Vətən səsi" xəbər verir ki, 122 saylı Xankəndi seçki dairəsindən Məmmədov Aqil Kamran oğlu namizəd kimi irəli sürülüb. İxtisasca stomotoloq olan Aqil Məmmədov həm də Qarabağ müharibəsi veteranıdır. O, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə könüllü olaraq iştirak edib. Müharibədə yaralanan həkim II dərəcəli müharibə əlilidir.
Elxan SALAHOV