31.07.2025, 21:11
AZ EN
30.07.2025, 23:20 109

Hikmət Hacıyev: Minalar həm insanlar, həm də heyvanlar üçün daimi təhlükədir

XƏBƏRLƏR
  • Minalar həm insanlar, həm də heyvanlar üçün təhlükə yaratmağa davam edir.

Bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev X sosial şəbəkəsindəki hesabında yazıb.

"Bu dəfə Kəlbəcər dağlarında Ermənistanın işğal dövründə quraşdırdığı piyada əleyhinə minanın qurbanı it olub. Xoşbəxtlikdən, Azərbaycan hərbi həkimlərinin operativ müdaxiləsi onun həyatını xilas edib", - Hacıyev yazıb.

O vurğulayıb ki, 2020-ci ildən bəri Ermənistanın quraşdırdığı minaların qurbanı 400-dən çox Azərbaycan mülki şəxsi və hərbçisi olub. "Bundan əlavə, illər boyu torpağın altında qalan minalar torpaq eroziyasına səbəb olur və yerli bitki örtüyünü məhv edir", - o əlavə edib. (Report)

Oxşar xəbərlər

SON XƏBƏRLƏR