20.10.2024, 12:01
AZ EN
16.07.2024, 20:45 226

Makron Fransanın Baş naziri Attalın istefasını qəbul edib

XƏBƏRLƏR
  • Fransa Prezidenti Emmanuel Makron ölkənin Baş naziri Qabriel Attalın istefasını qəbul edib.

Bu barədə Yelisey Sarayı məlumat yayıb.

Bildirilib ki, Attal nazirlər kabineti ilə birlikdə yeni hökumət təyin olunana qədər öz funksiyalarını yerinə yetirəcək.

Qeyd edək ki, Attal ölkədə keçirilən növbədənkənar parlament seçkilərinin ikinci turunun nəticələrinə görə istefa vermək qərarına gəlib.

Fransada keçirilən parlament seçkilərində “Yeni Xalq Cəbhəsi” koalisiyası qalib gəlib. (APA)

Oxşar xəbərlər