Baş İdarədən bildirilib ki, təqdim olunan videoçarxda “Səndə vardır başqa lətafət Şuşa!” adlı şeiri səsləndirilib. Videoməlumatın ikinci hissəsində, Şuşa şəhəri haqqında rus dilində məlumat verilib. Bundan əlavə, Şuşanın yaranma tarixi, sakinlərinin həyat tərzi və adət-ənənələrindən söz açılıb. Eyni zamanda Şuşanın mədəniyyət və incəsənət mərkəzi olduğu qeyd edilib. Yekun olaraq, üçrəngli bayrağımızın Şuşa şəhərində dalğalanması xüsusi qürurla vurğulanıb.
Mövzu ilə əlaqədar “Ruhumun ünvanı – Şuşa” adlı videosərgidə Şuşa şəhərinin gözəllik rəmzi olan Xarıbülbülü, tarixi məkanları, mədəniyyət və elm xadimlərinin görüntüləri yer alıb. (AZƏRTAC)