Bu sözləri Rusiya bürosuna açıqlamasında M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Dünya siyasəti fakültəsinin Beynəlxalq təhlükəsizlik kafedrasının dosenti, politoloq Aleksey Fenenko deyib.
Onun sözlərinə görə, baş verənlər Azərbaycanın növbəti 20 il ərzində gözləmək niyyətində olmadığını göstərir.
Ekspert açıqlamasında mövcud şəraitdə Rusiya tərəfinin neytral qaldığını vurğulayıb: "Rusiya neytral qalacaq. Ermənilərin Rusiyanın onları xilas edəcəyi ilə bağlı ümidləri əsassızdır. Buna görə də, yaxşısı budur ki, revanş haqqında xəyallar qurmaqdansa, sülh danışıqlarına getsinlər". (Report)