08.09.2024, 07:31
AZ EN
24.06.2024, 11:50 250

Makron Fransası Ermənistan-Azərbaycan arasındakı normallaşma prosesindən narahatdı

XƏBƏRLƏR
  • Azərbaycan COP29-dan sonra Ermənistana hücum edəcək. Bu İrəvanın yeni iddiasıdır. Fransadan aldığı silahlara belə haqq qazandırır. Makronun isə öz dərdi var. Avropa Parlamentində seçkilərdə biabırçı məğlubiyyətinin əvəzini çıxmaq. Ermənistana silah verəcək, erməni diasporu isə onun yerini möhkəmləndirəcək. Yəni əl əli yuyar, əl də üzü misalı.

Azərbaycan bu sövdələşməyə sərt reaksiya verdi. Müdafiə Nazirliyinin bununla bağlı bəyanatı olduqca maraqlı idi. Bəyanat həmişəkindən fərqlənirdi. Bu dəfəki bəyanat hərbi-siyasi xarakterli idi. Güc strukturumuz Makrona açıqca deyirdi ki, müharibələr başlatmaqda mahir olsa da, amma başqa qapıya.

“Afrikadan qovuldun, Ukraynaya girə bilmədin, Yeni Kalodoniyada istənilmirsən, heç olmasa, Ermənistanı sına”. Bunu isə Makrona təklif edən  fransız rəsmilərdir. Ermənistana fransa sülh məramlısı gəlsələr maraqlı mənzərə alınacaq. Bir tərəfdə rus hərbçilər, digər tərəfdə Avropalı müşahidəçilər, Qərbdə türklər, Şərqdə Azərbaycan və İran əsgərləri və onlarla üzbəüz dayanan fransızlar. Ermənistanda kim kimi, kimdən qoruyacaq?

“Ermənistandan imtina etmək, Ermənistanı  qurban vermək, Ermənistanı unutmaq, özünü itirmək deməkdir. Bu, ölüm kimi bir şeydir”. Fransız siyasətçi Mak Fobel belə deyir. YəniMakronun karyerası üçün emənilər ölsə də olar...

Fransa hərbi sənayesinin istehsalı olan Sezar özüyeriyən 155 milli metrlik  52 koliborlu fortdu. NATO-nun döyüş standartlarına uyğundur. Bundan Ukraynada Rusiya qüvvələrinə qarşı da istifadə edilib.

“Onların uzaqlıq məsafəsi hardasa 42 kilometrə kimi ata bilir. Ancaq digər məsələlərdə prinsip cəhətdən müasir torpların səviyyəsində olan bir toplardı. Ümumiyyətlə, 2008-ci ildə o toplar qəbul olunsa da, indiyə kimi cəmi 350 ədəd top istehsal olunub, özüyeüriyən toplardı. Ancaq cəmi 4, 5 ölkə o topları alıb. Onlardan biri də Ukraynaya göndərilib”. Bunu hərbi ekspert Şair Ramaldanov Az-TV-yə açıqlamasında deyib.

Qeyd edək ki, Fransanın Ermənistana 36 ədəd özüyeriyən artilleriya sistemi göndərəcəyi bilrdirilir. Silahlar 15 ay ərzində çatdırılmalıdır.

Rəsmi Bakının Ermənistanı silahlandırmasına etirazı xəbərdarlıq xarakteri daşıyır: “Bəyan edirik ki, Cənubi Qafqaz regionunda vəziyyətin gərginləşməsinə və yeni müharibə ocağının yaranmasına görə məsuliyyəti tam şəkildə revanşist Ermənistan rəhbərliyi və Makron diktaturası daşıyacaq”. Azərbaycan Müdafiə Nazirliyinin açıqlamasında deyilir.

Makron Sezarı Ermənistana göndərməyə tələsir. İstehsalı ilə böyük rəğbət qazanmayan Sezarların təbliğatını aparmaqla bərabər, Cənubi Qafqazda mübarizədən çəkinmədiyini də sərgiləyir. Lakin bütün bunlardan öndə Makronu qarşıda siyasi taleyinin həll olunduğu seçkilər gözləyir. Makron üçün erməni diasporunun dəstəyini qazanmaq vacibdir.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin şöbə müdiri Cavid Vəliyev isə açıqlamasında bildirib ki, radikal diasporlardan biri məhz Fransada yerləşir və onların bu seçki prosesində rolu böyükdür. Ümumiyyətlə, Makrona yaxın olan şəxslər erməni diasporuna çox yaxın əməkdaşlar içərisindədirlər. İkincisi, bunun Cənubi Qafqazda geosiyasi mübarizə ilə də yaxın əlaqəsi var. Belə ki, Makron Fransası Ermənistan-Azərbaycan arasındakı normallaşma prosesindən narahatdırlar. Çünki bu normallaşma davam etdiyi müddətdə  Ermənistanın Azərbaycanla və Türkiyə ilə münasibətiləri normallaşdığı müddətdə gərginlikdən faydalanan dövlətlərin rolu azalacaq”.

Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər