Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bahar Muradovanın 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Hazırda Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri olan Bahar Əvəz qızı Muradova ölkəmizin ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə görə bu ordenə layiq görülüb. Bu il martın 20-də onun 60 yaşı tamam olur