20.10.2024, 04:24
AZ EN
21.06.2024, 12:38 313

Fərid Şəfiyev: Fransanın, Hindistanın regiona “töhfəsi” nə sülhə, nə də təhlükəsizliyə xidmət edir

XƏBƏRLƏR
  • Bu gün Bakıda Rusiya-Azərbaycan Ekspert Şurasının V iclası keçirilir. Bu platforma 2021-ci ildə yaradılıb və artıq 3 ildir fəaliyyət göstərir. Bu dəfə bir sıra vacib məsələlər müzakirə olunacaq.

Bu barədə jurnalistlərə açıqlamasında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev deyib.

“Budəfəki tədbirin əsas əlamətdar elementi yeni reallıqda - artıq Azərbaycanın öz əraziləri üzərində suverenliyi tam bərpa etdiyi dövrdə keçirilməsidir. Artıq Azərbaycanın işğaldan azad olunmuş ərazilərində yenidənqurma və bərpa işləri aparılır. Bu il Azərbaycan COP29-a ev sahibliyi edəcək. Bu iclasda bir sıra regional məsələlər, o cümlədən nəqliyyat və digər sahələrə aid vacib məsələlər müzakirə olunacaq”, - deyə F.Şəfiyev əlavə edib.

O bildirib ki, iclasda, həmçinin regional təhlükəsizliklə bağlı müzakirələr aparılacaq. “Burada söhbət qeyri-regional oyunçuların qeyri-konstruktiv fəaliyyətindən gedir. Azərbaycan bütün ölkələrlə əməkdaşlığa açıqdır - istər Avropa, istərsə də hər hansı Qərb ölkəsi olsun. Amma biz konkret olaraq Fransanın, Hindistanın mövqeyindən danışırıq. Bu ölkələrin regiona “töhfəsi” nə sülhə, nə də təhlükəsizliyə xidmət edir”, - deyə BMTM-nin sədri diqqətə çatdırıb. (AZƏRTAC)

Oxşar xəbərlər