09.06.2025, 03:46
AZ EN
19.06.2024, 17:43 284

“Qərbi Azərbaycana qayıdış” ikinci festival-konqresinə hazırlıq yekunlaşmaq üzrədir

XƏBƏRLƏR
  • İyunun 21-22-də Şahbuz rayonunun Batabat yaylağında keçiriləcək “Qərbi Azərbaycana qayıdış” ikinci festival-konqresinə hazırlıq işləri yekunlaşmaq üzrədir.

Artıq Qərbi Azərbaycanın 11 mahalının gündəlik həyat tərzini canlandıran çadırlar qurulub.

Festival-konqresdə Qərbi Azərbaycana məxsus folklor nümunələri, kulinariya, musiqi və yallı nömrələri, sərgilər, ədəbi-bədii kompozisiyalar təqdim olunacaq.

Eyni zamanda, festivalda Qərbi Azərbaycandan olan iki gəncin toyunun keçirilməsi nəzərdə tutulur. (Report)

Oxşar xəbərlər