Bu sözləri jurnalistlərə müsahibəsində Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev söyləyib.
Prezident köməkçisi qeyd edib: “Ermənistanın mina siyasətinə baxdıqda görürük ki, təkcə keçmiş təmas xətti boyunca deyil, içərilərdə, hər hansı təyinatı olmayan yerlərdə də minalanma olub. Qəbiristanlıqlara, evlərə, yaşayış məntəqələrinə gedən yolların, cığırların minalanması göstərir ki, məqsəd insanların öldürülməsidir”. (AZƏRTAC)