23.11.2024, 02:15
AZ EN
12.06.2024, 20:48 177

Qurtuluşdan inkişafa: müdrik siyasətin uğurlu nəticələri

XƏBƏRLƏR
  • İmişli Rayon İcra Hakimiyyəti və YAP İmişli rayon təşkilatının birgə təşkilatçılığı ilə rayonun Heydər Əliyev Mərkəzində “Qurtuluşdan inkişafa: müdrik siyasətin uğurlu nəticələri” mövzusunda konfrans keçirilib. Tədbir 15 İyun - Milli Qurtuluş Gününə həsr olunub.

Rayon icra hakimiyyətindən bölgə müxbirinə verilən məlumata görə, tədbir iştirakçıları öncə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, Ulu Öndərin əziz xatirəsini ehtiramla anıblar. Sonra parkın ərazisində nümayiş edilən rəsm sərgisi, Heydər Əliyev Mərkəzində isə kitab sərgisi və Ulu Öndərə həsr edilmiş fotostend ilə tanışlıq olub.

Dövlət Himninin səsləndirilməsi ilə başlanan konfransda Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Konfransda İmişli Rayon İcra Hakimiyyətinin, YAP İmişli rayon təşkilatının, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin rəhbərliyi, Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü, hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrin, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edənlər bildiriblər ki, ömrünü xalqımızın tərəqqisinə və firavanlığına həsr etmiş Ulu Öndərin həyat və fəaliyyəti hər birimiz üçün örnəkdir, güc mənbəyidir və Azərbaycanın sürətli inkişafının təməli məhz Heydər Əliyev tərəfindən qoyulub. Vurğulanıb ki, Ümummilli Liderin siyasi kursu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan bundan sonra daha da inkişaf edəcək, müstəqilliyini və suverenliyini daha da möhkəmləndirəcək.

Çıxışlarda Ulu Öndərin vaxtilə söylədiyi “Heç bir qüvvə Azərbaycanın müstəqilliyini əlindən ala bilməz. Bundan sonra heç bir qüvvə Azərbaycan dövlətçiliyini məhv edə bilməz” fikri bir daha xatırladılıb və vurğulanıb ki, bu inam, bu qətiyyət Milli Qurtuluş Gününün mənasıdır. (AZERTAC)

Oxşar xəbərlər