21.11.2024, 14:25
AZ EN
10.06.2024, 09:26 275

Erməni politoloq: "Paşinyan Azərbaycanın iki şərtinə əməl etməyə məcburdur"

XƏBƏRLƏR

"Azərbaycan Prezidenti İlham Əliyevin konstitusiyanı dəyişdirməsi tələbini Paşinyanın özü bir neçə ay əvvəl qanuniləşdirib".

"Vətən səsi" xəbər verir ki, bunu erməni politoloq Suren Surenyants Ermənistan mediasına verdiyi müsahibəsində bildirib. Onun sözlərinə görə, Ermənistanın Xarici İşlər Nazirliyi Azərbaycan Prezidenti İlham Əliyevin digər tələbi olan ATƏT-in Minsk Qrupunun buraxılması barədə 44 günlük müharibədən dərhal sonra açıqladığı bəyanatlara hər hansı mövqe bildirməyib. Bu isə o deməkdir ki, İrəvan hökuməti Azərbaycan liderinin Minsk Qrupunun buraxılması ilə bağlı mövqeyini dəstəkləyir və onunla faktiki olaraq həmrəyliyini nümayiş etdirir.

Erməni politoloq bildirib ki, Azərbaycanın konstitusiyanın dəyişdirilməsi barədə İrəvana şərt kimi irəli sürülməsini Ermənistan daxili siyasi həyatında gərginliyin olduğu vaxtda yenidən bəyan etməsi maraqlı məqamdır: "Görünən odur ki, Paşinyan bu gərginlikdən istifadə etməyə cəhd edərək, Azərbaycanla danışıqlarda vaxt qazanmaq istədi. Lakin İlham Əliyev öz ölkəsinin konstitusiyanda hər hansı dəyişikliyin olmayacağı, əksinə, Ermənistanın qarşısında belə bir tələb qoyulduğunu bir daha bəyan etməklə başa saldı ki, Paşinyana bu imkanı vermək niyyətində deyil. Deməli, Paşinyan Azərbaycan liderinin hər iki şərtinə əməl etməyə məcburdur".

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev iyunun 6-da TÜRKPA-nın nümayəndə heyətini qəbul edərkən Ermənistan-Azərbaycan prosesi ilə bağlı bir neçə açıq olan məsələnin hələ də qaldığını deyib.

"Həmin məsələlərdən biri Ermənistanın Konstitusiyasıdır ki, orada Azərbaycana qarşı ərazi iddiaları var. İkincisi, Ermənistanın Azərbaycana və Türkiyəyə qarşı əsassız ərazi iddialarına son qoyulmalıdır. Təbii ki, biz artıq bunu Ermənistan tərəfinə təklif etmişik ki, Azərbaycan və Ermənistan ATƏT-ə birgə müraciət etsin ki, Minsk qrupu ləğv edilsin. Minsk qrupuna heç bir ehtiyac yoxdur, o, indi fəaliyyət göstərmir. Biz onun fəaliyyət göstərməsinə de-fakto imkan verməyəcəyik. Qaldı ki, de-yure - hüquqi cəhətdən bu, ləğv edilsin və bu, Ermənistanın nə qədər səmimi olmasından xəbər verəcək", - deyə Azərbaycanın dövləb başçısı vurğulamışdı.

Elxan SALAHOV

Oxşar xəbərlər