08.09.2024, 08:56
AZ EN
07.06.2024, 20:05 210

İnquşetiya bir neçə sahədə Azərbaycanla əlaqələr qurmaq niyyətindədir

XƏBƏRLƏR
  • Rusiya Federasiyasının İnquşetiya Respublikası Azərbaycan və Bəhreynlə qida sənayesi, İT texnologiyaları və turizm sahələrində birgə layihələr həyata keçirmək niyyətindədir.

Bu barədə TASS-a Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunun (SPBİF) kuluarlarında respublikanın rəhbəri Mahmud-Əli Kalimatov bildirib.

“Forum çərçivəsində bir sıra görüşlər nəzərdə tutulub, o cümlədən Bəhreyn və Azərbaycan nümayəndə heyətləri ilə görüş olacaq. İnquşetiyadan bu ölkələrə birbaşa uçuşların təşkili üzrə birgə layihələr, respublikanın qida sənayesinə sərmayə qoyuluşu, Maqasda yaradılan İT parka yeni rezidentlərin daxil olması müzakirə olunacaq. Beynəlxalq əməkdaşlıq çərçivəsində müzakirə etdiyimiz əsas istiqamətlər budur”, - M.Kalimatov deyib.

Onun sözlərinə görə, danışıqlar nəticəsində müvafiq razılaşmalar əldə olunacaq.

“Bundan əlavə, biz bu ölkələrə və bizim respublikaya işgüzar dairələrin nümayəndələrinin biznes missiyalarının təşkilinə ümid edirik. Eyni zamanda enerji obyektlərinin yenidən qurulması, mehmanxanaların və “Açaluki” kurortunun tikintisi ilə bağlı məsələləri müzakirə edəcəyik”, - respublika rəhbəri əlavə edib. (Report)

Oxşar xəbərlər