20.09.2024, 09:53
AZ EN
05.06.2024, 09:18 331

Metyu Brayza: “Azərbaycan beynəlxalq təşkilatlarla enerji sahəsində əməkdaşlıq üçün uğurludur”

XƏBƏRLƏR
  • Azərbaycan yaxşı investisiya tərəfdaşı olmaqla yanaşı, beynəlxalq təşkilatlarla da  enerji sahəsində bir çox kateqoriyada əməkdaşlıq üçün uğurludur.  Biz bunu illər ərzində əyani müşahidə etmişik. 29-cu Beynəlxalq Xəzər Neft və Qaz sərgisində yenidən bunun şahidi oluruq.

Amerika Birləşmiş Ştatların Azərbaycandakı keçmiş səfiri Metyu Brayza Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 29-cu Beynəlxalq Xəzər Neft və Qaz sərgisində İTV-Xəbərə müsahibəsində bu barədə danışıb.

O, qeyd edib ki, sərgidə Neft və Qazın ən təhlükəsiz formada təqdimatı barədə bir çox nümunələr gördük: “Xüsusilə bunun Azərbaycandakı beynəlxalq  səviyyəli tədbirdə keçirilməsi diqqəti Azərbaycanın Avropa ilə tərəfdaşlığını, öz təbii qaz ehtiyatlarını 2027-ci ilə kimi Cənubi Avropa İxracını təmin edəcəyinə yönəldib. Azərbaycan investorları birləşdirməyi hədəfləyib və artıq təbii qaz tədarükünü inkişaf etdirir. Amma söhbət təbii ki, təkcə neft və qazdan deyil, həm də bərpa edilən enerjidən gedir”,- deyə Metyu Brayza deyib.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər

SON XƏBƏRLƏR