19.10.2024, 18:19
AZ EN
04.06.2024, 21:10 188

Rusiya mediası Prezident İlham Əliyevin 29-cu Beynəlxalq Xəzər Neft və Qaz sərgisindəki çıxışını geniş işıqlandırıb

XƏBƏRLƏR
  • Rusiya mediası Prezident İlham Əliyevin iyunun 4-də Bakı Enerji Həftəsi çərçivəsində 29-cu Beynəlxalq Xəzər Neft və Qaz - “Caspian Oil&Gas” və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - “Caspian Power” sərgilərinin açılış mərasimindəki çıxışını geniş işıqlandırıb.

Rusiya mediasının materiallarında Azərbaycanın dövlət başçısının qaz ixracının coğrafiyasının genişləndirilməsi ilə bağlı bəyanatına xüsusi diqqət yetirilib.

Azərbaycan lideri vurğulayıb ki, bu gün bizim təbii qazı alan səkkiz ölkədən altısı Avropa ölkəsidir. “Hazırda öz enerji təhlükəsizliyini təmin etmək üçün Azərbaycan təbii qazına ehtiyacı olan daha bir neçə ölkə ilə danışıqların aktiv fazası gedir”, - TASS Agentliyi Prezident İlham Əliyevin çıxışından sitat gətirib.

“PRIME” İqtisadi İnformasiya agentliyi dövlət başçısının bu il Azərbaycandan qaz ixracının həcminin 24 milyard kubmetrdən çox olacağı barədə dediklərinə istinad edib.

“Neft i kapital” nəşri yazıb ki, Azərbaycan 5 ildən sonra bərpa olunan enerji gücünün 2 qiqavatını təqdim edəcək. Nəşrin Azərbaycan Prezidentinin çıxışına həsr olunmuş materialında, həmçinin bildirilib ki, Qarabağ və Şərqi Zəngəzur regionları böyük hidroenergetika potensialına malikdir.

“Vestnik Kavkaza” agentliyi Azərbaycan Prezidentinin çıxışından çıxarışlar dərc edərək Azərbaycanın son 30 ildə imzaladığı bütün razılaşmaların tam şəkildə yerinə yetirildiyini xüsusi vurğulayıb. Bunun sayəsində respublika yaşıl enerji və bərpa olunan resursların istehsalını inkişaf etdirməyə müvəffəq olub. “Şahdəniz” layihəsi Azərbaycanda qaz qıtlığına son qoydu”, - agentlik əlavə edib. (Trend)

Oxşar xəbərlər