19.09.2024, 05:46
AZ EN
04.06.2024, 16:57 256

İrəvan Bakının daha bir tələbini yerinə yetirməyə hazırlaşır

XƏBƏRLƏR

Ermənistanda konstitusiyanın dəyişdirilməsi məsələsi Azərbaycanla sülh danışıqlarının gündəliyinə daxil deyil.

"Vətən səsi" xəbər verir ki, bunu parlamentdə büdcə müzakirələrində Ermənistanın Xarici İşlər naziri Ararat Mirzoyan deyib. O, əlavə edib ki, konstitusiyanın dəyişdirilməsi məsələsi Ermənistan hökumətinin daxili qərarıdır.

Müxalifətçi deputat Armen Rüstəmyan isə iclasda çıxış edərək bəyan edib ki, hökumət Azərbaycanın tələblərini yerinə yetirmək üçün büdcə xərclərinə yenidən baxır. Mirzoyan isə ona cavabında müxalifətçi deputatın özünü aldatdığını deyib.

Xatırladaq ki, rəsmi Bakı sülh sazişi layihəsi müzakirəsinin lap əvvəlindən Ermənistan tərəfini “Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı mövcud olan qəsdlərə son qoymağa” çağırıb. Söhbət konstitusiyada, habelə bəzi qanun və qərarlarda Azərbaycana qarşı yer almış ərazi iddialarından gedir. Ermənistan konstitusiyasının preambulasında Müstəqillik Bəyannaməsinə istinad edilir. Sözgedən sənəddə isə ləğv olunmuş qondarma “dqr”in Ermənistana yenidən birləşməsindən bəhs olunur. Buna görə də rəsmi Bakı İrəvandan Ermənistanın əsas qanunundan həmin müddəanın çıxarılmasını tələb edir.

Elxan SALAHOV

Oxşar xəbərlər