20.04.2025, 01:53
AZ EN
03.06.2024, 20:40 359

Şuşada Beynəlxalq Sahibkarlar Forumu keçirilib

XƏBƏRLƏR
  • Şuşada Beynəlxalq Sahibkarlar Forumu keçirilib.

Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilən foruma ICESCO-ya daxil olan 11 ölkədən - Azərbaycan, Cibuti, Tunis, Tacikistan, Türkiyə, Liviya, Seneqal, Somali, Misir, Mali, Sudandan təmsilçilər qatılıblar.

Forum çərçivəsində “Startapların və gələcək inklüziv texnologiyaların önəmi” mövzusunda panel müzakirə, “Sahibkarlıq vasitəsilə qadınların gücləndirilməsi: Trendlər və Çağırışlar”, "Startapdan biznesə doğru: mərkəzləşdirilməmiş süni intellekt: startapların innovasiya və əməkdaşlıq alətləri vasitəsilə səlahiyyətləndirilməsi: investor və vençur kapitalistlərin baxışı" mövzularında isə panel sessiyalar keçirilib.

Forumda müxtəlif ölkələrdən qatılan mütəxəssislərin və rəsmilərin çıxışları dinlənilib, müzakirələr aparılıb, suallar cavablandırılıb. (Report)

Oxşar xəbərlər