Moskvada Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin və Azərbaycanın səfiri Polad Bülbüloğlu arasında görüş keçirilib.
Söhbət zamanı 22 fevral 2022-ci il tarixli Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin müddəalarının reallaşdırılması kontekstində ikitərəfli əməkdaşlığın aktual məsələləri müzakirə edilib.
“Müzakirələr Rusiya-Azərbaycan dialoquna xas olan dostluq və konstruktiv mühitdə keçib”, - deyə məlumatda deyilir. (AZERTAC)