23.12.2024, 02:18
AZ EN
14.05.2024, 19:20 247

Minsk qrupu effektsizliyini ortaya qoyub, təşkilatın mövcudluğuna heç bir ehtiyac qalmayıb - Azər Qarayev

XƏBƏRLƏR
  • Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 14-də ATƏT-in fəaliyyətdə olan sədri, Malta Respublikasının xarici, Avropa işləri və ticarət naziri İan Borqun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Görüş zamanı Prezident İlham Əliyev bir sıra vacib məqama toxundu. Xüsusilə ATƏT-in Minsk qrupunun mövcudluğunun heç bir əhəmiyyətinin olmadığı vurğulandı.

Bunu açıqlamasında politoloq Azər Qarayev bildirib.

Onun sözlərinə görə, Minsk Qrupu 1992-ci ildə Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə kömək etmək məqsədilə yaradılmışdı. Minsk Qrupu tərəfləri münaqişənin davam etməsinə son qoymaq, ərazi bütövlüyünü qorumaq və iqtisadi işbirliyini təşviq etmək məqsədilə çox tərəfli sülh planı hazırlamalı idi. Faktiki olaraq Mnisk Qrupu bu illər ərzində fəaliyyətsiz qaldı.

“Azərbaycan münaqişəni öz həbri-siyasi gücü hesabına beynəlxalq hüququn norma və prinsiplərinə, BMT Nizamnaməsinə uyğun olaraq həll etdikdən sonra isə,Ş Minsk Qrupunun və eləcə də onunla əlaqəli təsisatların mövcudluğuna heç bir ehtiyac qalmayıb.

Minsk Qrupunun ləğv edilməli olduğuna dair məqamlar dəyərləndirilməlidir. ATƏT Minsk Qrupu ilə bağlı ən aktual məsələlərdən biri, münaqişənin sülh yolu ilə həllinə necə nail olunacağı müəyyənləşdirmək idi. Minsk qrupu bu məqsədinə çatmaq üçün heç bir əməli addım atmadı.

Təsisat Azərbaycan və Ermənistanın maraqlarını diqqətə almaq, həm də Qarabağ münaqişəsindən əziyyət çəkən insanların hüquqlarını qorumaq üçün əhəmiyyətli addımlar atmalı idi”, - o deyib.

Politoloq qeyd edib ki, artıq Ermənistan-Azərbaycan münaqişəsi tarixdə qalıb. Faktiki olaraq Misnk Qrupu da tarixdə qalıb: “Təşkilatın kağız üzərində mövcud olması isə formal xarakter daşıyır. Azərbaycan və Ermənistan arasında vasitəçisiz danışıqların aparılması daha effektiv nəticələr verir. İki ölkə arasında münasibətlərin normallaşması üçün vasitəçiyə ehtiyac duyulmur. Çünki bir çox hallarda vasitəçilərin öz maraqlarını güddüklərini görürük. Bu da məsələlərin həllinə heç bir töhfə vermir”.

A.Qarayev əlavə edib ki, bütün bu sadalanan məqamlar, Minsk Qrupunun gələcək mövcudluğu, sülh prosesindəki rolu və münaqişənin həllinə dair əhəmiyyətini dəyərləndirmək üçün önəmli kriteriyalardır.

“Artıq baş verən hadisələr, hazırki reallıqlar, Minsk qrupunun effektsizliyini ortaya qoyub. Bu təşkilatın mövcudluğuna heç bir ehtiyac qalmayıb”, - deyə o vurğulayıb. (Trend)

Oxşar xəbərlər