23.11.2024, 03:19
AZ EN
13.05.2024, 15:04 268

COP29-a hazırlıqla bağlı təlim seminarı keçirilir

XƏBƏRLƏR
  • Bakıda Azərbaycanın COP29-a sədrliyi çərçivəsində şəffaflığa dair 2 illik hesabatların hazırlanması zamanı etimadın möhkəmləndirilməsi və potensialın kəşf edilməsi üzrə təlim seminarına start verilib.

Bildirilib ki,  COP29 iqlim məsələləri və onların  təsirlərinin azaldılması ilə bağlı  inkişaf etməkdə olan və  inkişaf edən ölkələr arasında körpü rolunu oynayacaq. Bu cəhətdən iqlim dəyişikliyi haqqında  məlumatların fərdləşdirilməsi formatında təqdim edildiyi 2 illik şəffaflıq hesabatlar mühüm rola malikdir.  Qeyd edək ki, təlim seminarı 2 gün davam edəcək.

COP29 üzrə baş danışıqçı, Yalçın Rəfiyev:

-COP29-a ev sahibliyi edən ölkə kimi Azərbaycan bu əhəmiyyətli tədbirin məsuliyyətini başa düşür. COP29 qlobal səviyyədə əməkdaşlıq və dialoqu təşviq edir. İqlim  məsələləri və onların təsirlərinin azaldılması ilə bağlı  inkişaf etməkdə olan və inkişaf edən ölkələr arasında körpü rolunu oynayacaq. Biz iqlim hədəflərinə nail olmaq üçün resuruslarımızı səfərbər etməliyik. Azərbaycan COP29-un ev sahibi olaraq liderliyini nümayiş etdirmək üçün  şəffaf şəkildə hesabatlar hazırlayır. Bu təlim bu istiqamətdə atılan ilk addımdır. Biz ilk hesabatı bu ilin sonuna qədər təqdim edəcəyik.

Ekologiya və təbii sərvətlər nazirinin müavini, Umarya Tağıyeva:

-Bu hesabatlar iqlim məsələləri ilə bağlı qərarvermə prosesində çox vacib rol oynayır. Hesabat boşluqları aşkar edir və təcili addımların atılması prosesini sürətləndirir. Hesabatın hazırlanması qarşılıqlı məsuliyyət hissini və əməkdaşlıq ruhunu gücləndirir. Paris sazişindən irəli gələn öhdəliklərimizi yerinə yetirmək üçün fəal addımlar atmaq vacidir. İstixana qazlarının, emisiyalarının icmalı hər bir ölkədə tullantıların azaldılması istiqamətində görülən tədbirlərin hərtərəfli icmalını təqdim edir. Emisiya təhlükələri və təsirlərin azaldılması tədbirlərinin effektivliyi haqqında şəffaf və aktual məlumatlar, qərarların qəbul edilməsinə kömək edir və ölkələr arasında etimadı artırır.

Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər