Bu barədə Prezident İlham Əliyev “Xarıbülbül” VII Beynəlxalq Musiqi Festivalında çıxışında bildirib.
Şuşanın şəhər döyüşləri nəticəsində azad edilməsinin tariximizin parlaq səhifəsi olduğunu bir daha vurğulayan dövlətimizin başçısı deyib: “Şuşa mədəniyyət ocağı kimi tanınsa da, hazırda, eyni zamanda, qəhrəmanlıq rəmzidir, zəfər rəmzidir və sülhün rəmzidir”.