19.05.2024, 19:57
AZ EN
07.05.2024, 12:01 215

Sülhməramlılar Xocalı aeroportunu da tərk etdi

XƏBƏRLƏR

Bu gün səhər saatlarından Rusiya sülhməramlılarının növbəti hərbi yük maşınlarından ibarət karvanı Xocalı aeroportundakı ərazini tərk edib.

"Vətən səsi" xəbər verir ki, sülhməramlılar Goran dəmir yolu stansiyasına hərəkət edib.

Xatırladaq ki, Rusiya sülhməramlılarının Azərbaycan ərazisindən vaxtından əvvəl çıxarılması barədə hər iki ölkənin ali rəhbərliyi qərar qəbul edib. Sülhməramlı kontingentin Azərbaycan ərazisindən çıxarılmasına aprelin ortalarından başlanılıb. Hazırda Azərbaycan və Rusiya Müdafiə nazirlikləri həmin qərarın icrası ilə bağlı müvafiq tədbirləri davam etdirir. Prosesin mayın sonunadək başa çatdırılması nəzərdə tutulur.

Elxan SALAHOV

Oxşar xəbərlər

SON XƏBƏRLƏR