19.05.2024, 19:57
AZ EN
07.05.2024, 11:53 257

Vüqar Bayramov: İqtisadi uğurlarımızın, suverenliyimizin bərpa edilməsinin banisi ümummilli liderimizdir

XƏBƏRLƏR
  • “Bu gün əldə etdiyimiz iqtisadi uğur, ərazi bütövlüyümüzün və suverenliyimizin bərpa edilməsinin banisi ümummilli liderimizdir”.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Vüqar Bayramov deyib.

Deputat bildirib ki, Ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıtması Azərbaycan iqtisadiyyatının yenidən bərpa edilməsinə və 1993-cü ildə müşahidə edilən tənəzzülün qısa zamanda aradan qalxmasına gətirib çıxardı: “O vaxt Azərbaycanın ÜDM-i cəmi 375 milyon manat, büdcə gəlirləri isə cəmi 100 milyon manat idi. Çox qısa zamanda iqtisadiyyatdakı tənəzzülün qarşısı alındı və 1996-cı ildən ÜDM-dəki artım sonrakı dövrlərdə də sürətli iqtisadi artıma çevrildi. ÜDM çox qısa zamanda 4,5 dəfə artdı. Azərbaycan iqtisadiyyatı bir neçə il ərzində 5 dəfəyə yaxın böyüdü”.

Deputat Kamal Cəfərli isə bildirib ki, Əliyev idarəetməsi əsasında formalaşan dövlət kimliyi çağımızın əsas ideyası olmalıdır.

Deputat bildirib ki, bu gün xalq olaraq əldə etdiyimiz zəfər və uğurların təməlində Heydər Əliyev siyasəti dayanır: “Onun müəllifi olduğu Azərbaycançılıq ideologiyası bizim milli kimliyimizdir: “Millət olaraq qarşılaşdığımız ən böyük sınaq göstərdi ki, milli kimlik bütün dəyərlərdən, hətta dini kimlikdən öndə gəlir və bu ən uğurlu modeldir.

Bu gün biz məhz Əliyev idarəetməsi nəticəsində ərazi bütövlüyümüzü bərpa etmişik, suverenliyimizi təmin etmişik. Böyük və qüdrətli Azərbaycana doğru əmin addımlarla irəliləmək üçün məhz bu idarəetmənin əsasında dövlət kimliyimizi bəyan etməli, bütün qüvvələri bu kimlik ətrafında birləşdirməliyik. Bu dövlət kimliyi inkluzivdir, gələcək inkişaf üçün ictimai və siyasi plüralizmi təşviq edir.

Ona görə ki, Əliyev idarəçilik ideyası dövlət kimliyinin təməli kimi siyasi və hüquqi konstruksiyadan irəli bir anlayışdır”.

Kamal Cəfərli əlavə edib ki, hədəf daha qüdrətli və böyük Azərbaycandır: “Qalib xalqın bütün təsisatları bu ideya ətrafında dəmir yumruq kimi birləşməlidir. Ölkəmizin başçısı, müzəffər Ali Baş Komandan İlham Əliyevin bütün təşəbbüsləri də məhz ideyaya xidmət edir”. (APA)

Oxşar xəbərlər

SON XƏBƏRLƏR