Tədbirin rəsmi hissəsindən öncə Fəxri Xiyabanda müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin əziz xatirəsi dərin ehtiramla yad olunub, məzarı önünə gül dəstələri düzülüb.
YAP Yasamal rayon təşkilatında keçirilən tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib. Sonra Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra “Müasir Azərbaycan Ulu Öndər Heydər Əliyevin şah əsəridir” adlı videoçarx təqdim edilib. Daha sonra Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycan Dövlət Pedaqoji Kollecinin hazırladığı “Haqqdan Gələn Səs – Dahi” adlı bədii hissə ilə yekun vurulub.
Sonda Yeni Azərbyacan Partiyasının Himni səsləndirilib, xatirə şəkli çəkdirilib.
Tahirə AĞAMİRZƏ