09.06.2025, 16:52
AZ EN
06.05.2024, 11:12 395

Azərbaycan və Ermənistan XİN başçılarının Almatı görüşünün vaxtı açıqlanıb

XƏBƏRLƏR
  • Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Qazaxıstanın Almatı şəhərində bu il may ayının 10-da görüşəcəklər.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə "X"də yazıb.

"Daha əvvəl əldə edilmiş razılaşmalara uyğun olaraq 2024-cü il mayın 10-da Almatıda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında danışıqlar aparılacaq", - o qeyd edib. (Report)

Oxşar xəbərlər