19.10.2024, 17:25
AZ EN
22.04.2024, 21:10 220

Gürcüstan Azərbaycan ilə Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayır

XƏBƏRLƏR
  • “Gürcüstan Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının sərhədin delimitasiyası prosesinin başlanması ilə bağlı əldə etdiyi razılaşmanı alqışlayır”.

Bu barədə Gürcüstan Xarici İşlər Nazirliyinin “X” hesabında paylaşımda qeyd olunub.

Paylaşımda deyilir: “Gürcüstan regionda davamlı sülhün təmin edilməsində maraqlıdır və iki qonşu ölkə arasında sülh və etimadın yaradılması prosesinə töhfə vermək öhdəliyini bir daha təsdiq edir”. (AZERTAC)

Oxşar xəbərlər