Bunu Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov Haaqada Beynəlxalq Ədalət Məhkəməsində İrqi ayrı-seçkiliyin bütün formalarının ləğvi haqqında Beynəlxalq Konvensiyanın tətbiqi (Ermənistan Azərbaycana qarşı) üzrə Azərbaycan tərəfindən qaldırılan ilkin etirazlar üzrə keçirilən ictimai dinləmələr zamanı deyib.
Onun sözlərinə görə, Ermənistan Azərbaycan ərazilərini 1991-1994-cü illər arasında qanunsuz şəkildə işğal edib və bu da BMT-nin 4 qətnaməsində əks olunub:
"Ermənistan əvvəllər işğal olunmuş ərazilərimizdə Azərbaycan əhalisi və mədəniyyətini etnik təmizləməyə məruz qoyub. Azərbaycan əraziləri 1991-1994-cü illər arasında qeyri-qanuni işğala məruz qalıb və 30 il işğal altında saxlanılıb. Bu, açıq-aşkar irqçi və millətçi ideologiya bütün etnik ermənilərin vahid monoetnik Ermənistan dövləti daxilində birləşməsini müdafiə edir".
Nazir müavini bildirib ki, Ermənistan İkinci Qarabağ müharibəsindən sonra üzərinə götürdüyü öhdəlikləri icra etməyib:
"Ermənistan məhkəmənin yurisdiksiyasına müraciət etməzdən əvvəl Azərbaycanla problemi danışıqlar yolu ilə həll etməyə cəhd etmək öhdəliyindən yayınmağa çalışır". (Report)