02.08.2025, 16:19
AZ EN
09.04.2024, 10:19 334

İqor Korotçenko: “Rusiya Gümrüdəki hərbi bazasının Ermənistandan çıxarılmasına hazırdır”

XƏBƏRLƏR
  • Rusiyada Ermənistanın Cənubi Qafqaz regionunda  qeyri-konstruktiv siyasət yürütməsi narahatlıq doğurur. Paşinyan hökumətinin anti-risiya ritorikası və addımları Moskvanın düşmənləri ilə Kreml üçün çox həssas bir məqamda NATO paytaxtında gələcək əməkdaşlıq perspektivləri ilə bağlı İrəvan-Brüssel-Vaşinqton formatında üçtərəflü yüksək səviyyəli sammit keçirməsi Rusiyada hiddətlə qarşılanıb.

Bu barədə “İTV Xəbər”in yayımladığı xəbərdə bildirilir.

Rusiyalı hərbi ekspert İqor Korotçenko hesab edir ki, rəsmi Moskva Ermənistana münasibətdə Gümrüdəki hərbi bazanın çıxarılması daxil olmaqla ən ağır ssenarilərə hazırdır: “Mən real siyasət mövqeyindən çıxış edirəm. Biz bütün variantları hesablamalıyıq. Bu cür ssenarini istisna etmək olmaz. Qətiyən olmaz. Bilirsiniz, regiondakı vəziyyətə Ermənistandakı 102-ci hərbi baza deyil, Rusiyanın Xəzər Dənizindəki Hərbi Donanması nəzarət edir. Hansı ki, bu Donanmanın qanadlı raketlərlə əli çox yerlərə uzanır. Rusiya Xəzər Dənizi atpatoriyasından Kolibr qanadlı raketlərlə Suriyada İŞİD-ə zərbələr endirib. Ona görə də təhlükəsizlik nöqteyi-nəzərindən bizim sığortamız var. Əlbəttə ki, Paşinyan Rusiya Hərbi Bazasının ölkəni tərk etməli olduğunu bəyan etdiyi təqdirdə bu prosesə paralel olaraq Qərb ölkəsinin hərbi bazasının peyda olacağını biz yaxşı anlayırıq”.

Rusiyalı ekspert sonra qeyd edib ki, əgər  Ermənistanı Rusiyaya Azərbaycana, Türkiyəyə və  İrana qarşı böyük geosiyasi oyunda maşa kimi istifadə edəcəklərsə,  Ermənistanın taleyi çox kədərli olacaq: “Proqnozlar var ki, Ermənistan bugünkü Suriyaya çevrilə bilər. Yəni ölkədə daxili silahlı münaqişələr baş verə, milli ərazisinin bir hissəsinə nəzarəti itirə bilər. Biz Ermənistanın çoxvektorlu siyasətinin əleyhinə deyilik. Biz Ermənistanın bizim milli maraqlarımızı  sarsıtacaq alətə çevrilməsinin əleyhinəyik. Mən sizi əmin edirəm ki, əgər bunu görsək, bütün qərarlar çox sərt olacaq. Ermənistanda kimin hakimiyyətdə olmasından  asılı olmayaraq,  bu ölkə anti-rusiya talanına, ikinci Ukraynaya çevrilirsə, biz buna göz yummalıyıq?  Həmin proseslərin təktrarlanmasını müşahidə erdəcəyik?  Əlbəttə ki, yox. Ermənistan anlamalıdır ki, Rusiya ilə münasibətləri kəsib KTMT-dan çıxmaqla onun ərazi iddiasında olduğu ölkələrlə təkbətək qalacaq. Ermənistan Rusiyanın milli maraqlarına hörmət etmirsə,  o zaman bizim üçün də  Ermənistanın hansısa milli maraqları mövcud olmayacaq”.

Korotçenko Qərbin Ermənistana hərbi yardımlarına ciddi yanaşılmalı olduğu barədə xəbərdarlıq da edib. Onun fikrincə, İrəvana vəd edilən  iqtisadi yardımlar Ermənistanın Avrasiya iqtisadi birliyi və MDB çərçivəsində əldə etdiyi  iqtisadi  gəlirlərlə müqayisədə dənizdə damcıdı. Amma vəd olunan hərbi yardımlar isə: “Bu, ciddi məsələdir, bu pisdir. Çünki Fransanın inteqrasiya edilmiş hava hücumundan müdafiə sistemləri planı mövcuddur. Bu, NATO standartlarında radarlar, zenit raket kompleksləri deməkdir. Bütün bunlar Rusiya üçün təhdiddir. O cümlədən Azərbaycan üçün təhdiddir. Mən bəzi həmkarlarımın Fransanın Ermənistanı silahlandırmasını Azərbaycanın heç nə edə bilməyəcəyi barədə açıqlamalarını oxuyuram. Onlar anlamırlar ki, bu dəhdid bizə də aiddir. Bizim yanımızda, Cənubi Qafqazda NATO  hərbi bazasının olamsı nəyimizə lazımdır”.

Rusiyalı ekspert Avropa Parlametni və Avropa Şurasının son dövrlər Azərbaycan əleyhinə bəyanatlarının arxasında erməni lobbilərinin maliyyəsinin dayandığını, bnunun  əsas səbəbinin Qarabağın separatçılardan təmizlənməsi fatrının olduğunu söyləyib: “Əvvala,  bu cür bəyanatların niyə verildiyini anlamaq lazımdır. Azərbaycanın ərazi bütövlüyünün bərpası, Qarabağda erməni separatçılığının kökünün kəsilməsi Avropa İttifaqı üçün  xoşagəlməz sürpriz oldu. Ona görə ki, ərazi problemləri mövcud olan ölkə hər zaman asılı olur. Əli-qolu bağlı olur. Ona təzyiq göstərmək olur. Burada isə Azərbaycan maliyyə, iqtisadi, siyasi cəhətdən özünü təmin edən dövlətdir. Üstəgəl özünün ərazi bütövlüyünü  bərpa edib. Gəlin, açıq danışaq, bu heç də çoxlarını şad etmədi. Müsair dünya olduqca qəddardır və proqmatikdir. Əlbəttə ki, Azəərbaycanın dostları var. Lakin Azərbaycanın suverenliyinin, onun dünya hadisələrinin gedişatına təsir edə bilməsini gözügötürməyənlər də var. Əlbəttə ki, Avropa öz  müstəmləkə təfəkkürü və keçmişi ilə  Azərbaycanın uğurundan məmnun deyil. Ona görə də belə bəyanatlar səsləndirir”.

Korotçenkonun fikrincə,  Azərbaycan Prezidenti İlham Əliyevin ölkənin milli maraqlarının qorunması ilə bağlı  sərt mövqeyi Qərbi yerinə oturdub və müssir dünyada bunun başqa bir nümunəsi yoxdur. Dünya belədir, başqa cür olmayacaq. Əgər sən  zəifsənsə, səni yeyəcəklər, tapdalayacaqlar. Ona görə də güclü ordu, güclü iqtisadiyyat və ən  başlıcası dövlətin başında güclü liderin olması milli rifahın və uğurun əsasıdır.

Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər