23.12.2024, 20:05
AZ EN
08.04.2024, 20:43 213

Ermənistanın təxribatlarının əsl niyyəti: Kimlər onları buna vadar edir?

XƏBƏRLƏR
  • Aprelin 5-i saat 15:10-dan 17:35-dək Ermənistan silahlı qüvvələrinin bölmələri növbəti təxribatlarına zəmin yaratmaq məqsədilə Azərbaycan Ordusunun Tovuz rayonunun Hacalı, Ağbulaq, Ağdam, Qaralar, Köhnə Qışlaq və Gədəbəy rayonunun Qalakənd yaşayış məntəqələri istiqamətlərindəki mövqelərinin qarşısında səngərin mühəndis cəhətdən təkmilləşdirilməsi işlərini görməyə cəhd göstəriblər. Bundan başqa, saat 17:25 radələrində Berd rayonunun Çinarlı yaşayış məntəqəsində yerləşən mövqelərdən Ordumuzun Tovuz rayonunun Muncuqlu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeləri atıcı silahlardan atəşə tutulub.

Bu bir daha göstərir ki, Ermənistan sülh tərəfdarı deyil və hər addımda sülh prosesinə maneə törətməyə çalışır.

Məsələ ilə bağlı açıqlama verən siyasi şərhçi Elşad Həsənov bildirib ki, Azərbaycan Ermənistanın təxribatlarına adekvat cavab verərək onları susdurdu.

“Burada məqsəd odur ki, Ermənistan sülh müqaviləsinin bağlanmasını uzadır. Buna səbəb isə Qərbin və ABŞ-nin son zamanlar Ermənistanı dəstəkləməsidir”, - deyə o qeyd edib. (Trend)

Oxşar xəbərlər