27.07.2024, 13:47
AZ EN
02.04.2024, 17:59 204

ABŞ və Avropa Komissiyası Paşinyandan konkret cavab gözləyir

XƏBƏRLƏR

"ABŞ və Avropa Komissiyasının rəhbərliyi Paşinyandan cavab almaq istəyir, oindan qərbyönümlü siyasətində bəyanatlardan başqa hansısa ciddi addımlar atacağı soruşulacaq".

"Vətən səsi" xəbər verir ki, bunu sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov aprelin 5-də Brüsseldə Ermənistanın Baş naziri, Avropa Komissiyasının Prezidenti və ABŞ dövlət katibi arasında keçiriləcək üçtərəfli görüşü şərh edərkən bildirib. O, qeyd edib ki,Ermənistan siyasi müstəvidə Rusiya ilə münasibətlərin gərgin olduğunu göstərsə də, bu, belə deyil və son aylar baş verənlərin məqsdəi görüntü yaratmaqdır: "Çünki iqtisadi mövzuda Ermənistan tamam fərqli mövqe sərgiləyir və Paşinyanın Rusiyanın kurasiyasında olan Avrasiya İqtisadi Birliyindən Ermənistanın ayrılmaq niyyəti yoxdur. Təhlükəsizlik məsələsində isə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) başqa erməni tərəfi hansısa addımlar atmır".

Tofiq Zülfüqarov deyib ki, KTMT Ermənistan üçün əsas təhlükəsizlik zəmanati deyil və İrəvanın təhlükəsizlik qarantı Moskva ilə imzalanmış hərbi müttəfiqlik haqqında sazişdir: "İki ölkə arasında birgə qoşun birləşməsi mövcuddur. Eyni zamanda dövlətlərin havadan müdafiə sistemi eynidir. Həmçinin Ermənistanın sərhədlərini rus hərbiçiləri qoruyur. Bu gün İrəvandakı Zvartnost hava limanından üzdə olan üç-beş nəfəri çıxarmaqla iş bitmir. İran-Türkiyə sərhəddində Rusiyanın əsgəri dayanır".

Sabiq Nazir hesab edir ki, Ermənistanın guya, Rusiyadan ayrılıb Qərbə üz tutması sadəcə görüntü məqsədi daşıyır. Onun fikrincə, bu yalançı və ikiüzlü siyasətin gercək məqsədləri hətta Rusiyanın özünə də bəllidir: "Ermənistan guya, Rusiyadan üz çevirərək Qərbə beyllənir. Amma praktiki baxımdan ciddi bir addım atılmayıb. Rusiya ilə Ermənistan arasında olan digər sazişlərin isə mahiyyəti dəyişmir. Paşinyan da 2044-cü ildə qədər bu müqavilələrə əməl olunacağını bildirib. Gümrüdəki 102-ci Rusiya hərbi bazası, Zvartnostdakı 20-ə yaxın rus hərbi təyyarəsi isə hələ öz yerindədidr. Bütün bunlar baş verənlərin görüntü xatirinə edildiyini sübut edir. Ermənistan Rusiya-Qərb arasındakı razılaşmanı Azərbaycandan iddia etdiyi təhlükə ilə bağlamaq istəyir. Onlara edilən əsas köməyin guya ki, əsas hədəfi Azərbaycandan gələn təhlükəni neytrallaşdırmaqdır. Məsələnin mahiyyəti məhz budur".

Xatırladaq ki, aprelin 5-də Brüsseldə Ermənistan Baş naziri Nikol Paşinyan, Avropa Komissiyasının Prezidenti Ursula fon der Leyen və ABŞ dövlət katibi Entoni Blinken arasında görüş olacaq. Görüşdə Ermənistanın təhlükəsizliyi ilə bağlı geniş müzakirələrin aparılacağı iddia olunur.

Elxan SALAHOV

Oxşar xəbərlər