22.11.2024, 06:30
AZ EN
18.07.2022, 16:50 392

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Tbilisi görüşü Yaponiya KİV-i tərəfindən də işıqlandırılıb

XƏBƏRLƏR
  • Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Gürcüstanın paytaxtı Tbilisidə keçirilən görüşü Yaponiya KİV-nin də diqqət mərkəzində olub.

Yaponiyanın JIJI PRESS agentliyi, “ajmedi.jp” portalı, “news.yahoo.co.jp” saytı və digər mətbu orqanlarının yapon və ingilis dilində yaydığı məlumatlarda nazirlərin Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması ilə bağlı bir sıra məsələləri müzakirə etdiyi qeyd edilib. Görüş zamanı tərəflərin üzərlərinə götürdükləri öhdəliklərin icrasına toxunduğu, gələcək addımlar barədə fikir mübadiləsi apardığı bildirilib.

AZƏRTAC-a istinadla yayılan məlumatlarda isə nazir Ceyhun Bayramovun silahlı münaqişənin həllindən sonra bütün səylərin Azərbaycan və Ermənistan arasında dövlətlərarası münasibətlərin tənzimlənməsində irəliləyişin əldə olunmasına yönəldilməli olduğunu qeyd etdiyi vurğulanıb. Azərbaycan, Ermənistan və Rusiya liderləri tərəfindən imzalanmış üçtərəfli Bəyanatın bütün müddəalarının icrasının, xüsusilə Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindən çıxarılmasının zəruriliyi qeyd edilib.

Bildirilib ki, görüş zamanı humanitar məsələlərə toxunan nazir C.Bayramov itkin düşmüş 4000-ə yaxın azərbaycanlının taleyinə aydınlıq gətirilməsinin vacibliyini də diqqətə çatdırıb.

Oxşar xəbərlər

SON XƏBƏRLƏR