23.12.2024, 18:34
AZ EN
29.03.2024, 10:11 308

Ermənistanla parlament səviyyəsində təmaslar qurulur

XƏBƏRLƏR
  • Ermənistan parlamentinin spikeri Alen Simonyan mayın 22-də azərbaycanlı həmkarı Sahibə Qafarova ilə keçirdiyi görüşdən razı qalıb.

"Vətən səsi" xəbər verir ki, erməni spiker yerli mətbuata açqlamasında Azərbaycan Milli Məclisinin sədri ilə görüşün bəzi təfərrüatlarından danışıb. O, qeyd edib ki, həmin görüşdə Azərbaycanla parlament səviyyəsində təmasların başlanması barədə qərar qəbul edilib.

Simonyan deyib ki, ilkin razılığa əsasən, növbəti görüş mayın ortalarında baş tutacaq.

Xatırladaq ki, Parlamentlərarası İttifaqın Cenevrədə keçirilən 148-ci Assambleyası çərçivəsində martın 22-də Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri Sahibə Qafarovanın və Alen Simonyanın ikitərəfli görüşü olub. Görüş Parlamentlərarası İttifaqın təşəbbüsü və vasitəçiliyi ilə təşkil olunub. Müzakirələr zamanı Azərbaycan və Ermənistan arasında davam edən sülh danışıqları fonunda iki ölkə parlamentinin sülh prosesinə hansı formada dəstək göstərə biləcəyi məsələlər nəzərdən keçirilib. Tərəflər parlament səviyyəsində dialoqun aparılması imkanlarını nəzərdən keçirmək barədə razılığa gəliblər.

Elxan SALAHOV

Oxşar xəbərlər