05.08.2025, 14:18
AZ EN
20.03.2024, 14:53 277

Kreml: Ermənistan Azərbaycanın rəyini nəzərə almadan Aİ-nin müşahidə missiyasını dəvət edir

XƏBƏRLƏR
  • Ermənistan Azərbaycanın rəyini nəzərə almadan birtərəfli qaydada Avropa İttifaqının müşahidə missiyasını dəvət edir.

Bunu Kremlin mətbuat katibi Dmitri Peskov brifinqdə deyib.

Onun sözlərinə görə, bu, Ermənistanın effektivliyinə şübhə yarada bilər.

"Məsələ müşahidənin predmetinin nədən ibarət olması və bu missiyanın Azərbaycan tərəfindən tanınıb-tanınmamasıdır. Mən şübhə edirəm ki, orada belə bir mandat anlayışla qarşılanacaq. Bu, İrəvanın birtərəfli qərarıdır. Belə bir missiyanın potensial effektivliyini şübhə altına almağa dəyər”, - Kremlin sözçüsü vurğulayıb.

Qeyd edək ki, Ermənistan parlamenti Azərbaycanla sərhəddə Aİ-nin mülki müşahidə missiyasının statusu haqqında Aİ ilə sazişi ratifikasiya edib. Müqavilə Aİ-nin Ermənistandakı missiyasının fəaliyyətini tənzimləyir, həmçinin bu ölkədəki missiyanın funksiyalarını aydınlaşdırır. Nümayəndəlik üzvləri saxlanıla və ya həbs oluna bilməzlər və işçilər ölkədə cinayət təqibindən azaddırlar . Aİ müşahidəçilərinin obyektləri də toxunulmazdır.

Bundan əlavə, avropalı müşahidəçilər gömrük prosedurları, viza və miqrasiya tələblərindən azaddırlar. Onlar ölkə daxilində sərbəst və məhdudiyyətsiz hərəkət hüququ əldə edirlər.

Aİ-nin Ermənistandakı monitorinq missiyası 2023-cü il yanvarın 23-də fəaliyyətə başlayıb. İşçilərin sayı ilkin olaraq 100 nəfər idi. Üstəlik, həmin il dekabrın 11-də onların sayının 209 nəfərə çatdırılması qərara alınıb. (Trend)

Oxşar xəbərlər