23.12.2024, 00:34
AZ EN
19.03.2024, 20:15 231

Azərbaycanın haqq işinə müdaxilə etmək istəyənlərin bütün planları iflasa uğrayıb - Azər Qarayev

XƏBƏRLƏR
  • Bu gün qalib Azərbaycan xalqı Novruz bayramını ilk dəfə olaraq ölkənin bütün ərazisində, o cümlədən Xankəndidə, Xocalıda, Ağdərədə, Xocavənddə, Qarabağda və Şərqi Zəngəzurdə qeyd edir. Prezident İlham Əliyevin də Xankəndi şəhərində Novruz tonqalını alovlandırması və Azərbaycan xalqını bayram münasibətilə təbrik etməsinin xüsusi rəzmi mənası var.

Bunu açıqlamasında politoloq Azər Qarayev deyib.

A.Qarayev bildirib ki, Novruz bayramı ümumiyyətlə özünəməxsusluğu, xalqımıza aidliyi ilə seçilir. Hələ Sovet dönəmində bu bayramın qeyd olunmasına qadağalar qoyulurdu, Aəzrbaycan xalqının yaddaşından silinməyə çalışılırdı. Novruzun uzun illərdən sonra 1969-cu ildən respublikamızda yenidən təntənə ilə qeyd olunmasına başlanması, həmin il ilk dəfə respublikanın rəhbərliyinə gəlmiş Ümummilli Lider Heydər Əliyevin öz xalqına, onun qədim, zəngin tarixinə, mədəniyyətinə, milli adət və ənənələrinə tükənməz sevgisinin daha bir əyani nümayişi idi.

“Ulu öndər hər zaman işğal olunmuş torpaqlarımızın azad olunmasını və Novruzun və digər milli bayramlarımızın həmin torpaqlarda qeyd olunacağına hər zaman bütün qəlbi ilə inanırdı. Məhz bu səsəblərdən Novzurun bu il azad olunmuş ərazilərimizdə, o cümlədən Xankəndidə qeyd edilməsi böyük əhəmiyyət kəsb edir. Prezident İlham Əliyevin alovlandırdığı bayram tonqalı uzun illərin nisgilinə, vətən həsrətinə son qoydu”

A.Qarayev qeyd edib ki, Prezident Xankəndidə bayram münasibətilə Azərbaycan xalqnı təbrik edərkən bir sıra vacib məqamlara toxundu.

“Azərbaycan Prezidenti növbəti dəfə bütün dünya qarşısında bəyan etdi ki, Azərbaycan dövləti heç kimdən qorxmur, çəkinmir və müstəqil siyasət yürüdür. Bu gün müxtəlif yollarla Azərbaycana, onun haqq işinə müdaxilə etmək istəyənlərin bütün planları iflasa uğrayıb və uğrayır. Azərbaycan ədaləti öz gücü hesbaına bərpa etdi. Həm İkinci Qarabağ müharibəsi, həm də ötən il baş tutan lokal anti-terror tədbirləri Azərbaycan xalqının qəhramanlığını, Azərbaycan Prezidentinin gücünün və iradəsinin gösətricisi oldu”.

A.Qarayev onu da vurğulayıb ki, azad olunmuş ərazilərdə hər gün bayramdır.

“İnsanların ora qayıdışı, ermənilər tərəfindan viran edilmiş ev-eşiklərin, tarixi abidələrimizin bərpası böyük qürurla, fərəhlə aparılır. Xalqımız bu qəhramanlıq səlnaməsinə canlı şahidlik edir. Müharibə və ondan sonrakı dövr Azərbaycanın Zəfər tarixidir. Öz torpaqlarına qayıtmış vətəndaşlarımız bundan sonra bütün bayramları öz torpaqlarında, öz doğma evlərində qürurla, böyük sevinclə qeyd edəcəklər”. (Trend)

Oxşar xəbərlər