19.10.2024, 18:37
AZ EN
15.03.2024, 16:39 205

Ermənistan KTMT-dən çıxsa, iqtisadi bloku da tərk edəcək

XƏBƏRLƏR

İndiki vəziyyətdə Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxmağı və Avropa Birliyinə nazmizədliyi gələcək perspektivlər baxımından çox təhlükəlidir.

"Vətən səsi" xəbər verir ki, bunu erməni politoloq Qrant Mikaelyan Ermənistanın Qərbə meylli siyasət yürütməsi və Rusiyadan uzaqlaşmaq istəyinin hansı nəticələr doğura biləcəyini şərh edərkən deyib. Onun sözlərinə görə, rəsmi İrəvan KTMT-dən çıxmaq barədə qəti qərara gələcəyi halda Rusiyanın nəzarəti və himayəsi altında olan iqtisadi bloku, yəni Avrasiya İqtisadi İttifaqını (Aİİ) da rərk etmək məcburiyyətində qalacaq. Bu isə bütün iqtisadiyyatı Rusiyadan asılı vəziyyətdə olan Ermənistan üçün yaxşı heç nə vəd etmir: "Hazırkı vəziyyətdə Ermənistan KTMT-də və Rusiyanın himayəsində olan iqtisadi blokdan çıxıb Avropa Birliyinə üzv ola bilməz. Bu, tamamilə mümkünsüzdür. Ermənistan ən yaxşı halda Avropa Birliyinin üzvlüyünə namizəd statusu ala bilər. Necə ki, bu statusu Ukrayna, Gürcüstan və Moldova alıb. Prinsipcə Ermənistana üzvlüyə namizəd statusunun verilməsi mümkündür. Ancaq bu məsələ də vəziyyət ümidli və ürəkaçan deyil".

Qrant Mikaelyan deyib ki, Avropa Birliyinin üzvlüyünə namizəd statusu adı çəkilən ölkələrə fərqli üstünlüklərinə görə verilib. Lakin onun fikrincə, Ermənistanın belə bir üstünlüyü yoxdur: "Moldovanın çox ciddi coğrafi arqumenti var, Moldova fiziki cəhətdən Avropada yerləşir, Avropa Birliyinə çox yaxındır. Gürcüstanın çox güclü institusional arqumenti var. Baxmayaraq ki, Tiflis Avropadan uzaqda yerləşir, lakin Gürcüstan, ən azı, tələb olunan bütün islahatları tətbiq edib. Ermənistan faktiki olaraq sırf siyasi xətt üzrə dəvət və ya namizədlik üçün müraciət etmək imkanı əldə edib. Bu da Avropa Parlamentinin qətnaməsində qeyd olunur. Bütün bunlar KTMT ilə əlaqəlidir. Ermənistan KTMT-dən çıxsa, o zaman Rusiya İrəvanın Aİİ-yə üzvlük məsələsini qaldıracaq. Artıq Rusiya tərəfdən belə bir bəyanat eşitmişik. Moskva bu iki təşkilata ortaq paket kimi baxır”.

Elxan SALAHOV

Oxşar xəbərlər