20.12.2024, 20:18
AZ EN
07.03.2024, 09:59 315

Ceyhun Məmmədov: "Prezidentin hər bir müsahibəsi, gələcəkdə atılacaq addımlara bir mesajdır"

XƏBƏRLƏR
  • "Martın 1-də Prezident İlham Əliyev “Euronews” televiziyasına  Avropa məkanında çox böyük maraqla qarşılanan müsahibə verdi. Bu müsahibədə ölkə başçısı bir neçə mühüm əhəmiyətli məqama aydınlıq gətirdi". Bunu Milli Məclisin deputatı Ceyhun Məmmədov özünün sosial şəbəkə hesabında ifadə edib. Əsas məsələlərdən biri də  Cənub Qaz Dəhlizi layihəsi ilə bağlı olduğunu qeyd edən millət vəkili bildirib ki, cənab Prezidentin də qeyd etdiyi kimi, bu layihəni reallaşdırmaq üçün geniş beynəlxalq əməkdaşlığa ehtiyac var idi. Ona görə də ölkəmizə öz maliyyə imkanları ilə dəstək göstərmələri üçün aparıcı beynəlxalq maliyyə institutlarını dəvət edərək, ölkələr arasında, şirkətlər arasında bu əməkdaşlı​q qurulmağa başlandı: "Artıq uzunluğu 3500 kilometr olan kəmər reallığa çevrilib.

Bu layihə getdikcə daha çox ölkələri əhatə edir.  Çox sevindiricidir ki, bir neçə il bundan qabaq başladılan bu təşəbbüs artıq yaxşı nəticələrini göstərir.

Müsahibədə cənab Prezidentə ünvanlanan suallardan biri də noyabr ayında Bakıda keçiriləcək COP29 tədbiri ilə bağlı idi.

COP29-a ev sahibliyinin Azərbaycana verilməsi təsadüfi deyil. Bu gün Azərbaycan müxtəlif beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib. Azərbaycan iqlim dəyişikliyi məsələsi ilə bağlı davamlı olaraq dünyada bu istiqamətdəki təşəbbüslərə öz töhfəsini verir. Dünya və dünya iqlimi hazırki dövrdə çox ciddi imtahanlarla üz-üzədir. Dünyanın bütün dövlətləri iqlim dəyişikliyi istiqamətindəki qanunvericiliyə o qədər də əməl etmirlər. Bu anlamda COP29-a ev sahibliyinin Azərbaycana verilməsi təsadüfi deyil. Çünki Azərbaycanın təcrübəsi, cənab Prezidentin siyasəti ətrafında həyata keçirilən tədbirlər, atılan addımlar ölkəmizə olan inamı daha da artırır. Müxtəlif dövlətlərin ölkəmizlə bağlı bu istiqamətdə mühüm qərarlar qəbul etməsinə də mühüm töhfə verir.

İlham Əliyev tərəfindən həyata keçirilən bütün tədbirlər ölkəmizin inkişafının təməlini təşkil edir.

Hesab edirəm ki, bu müsahibə Azərbaycanın qarşısına qoyduğu hədəflərin həyata keçməsinə və gerçəkləşməsinə də öz töhvəsini verəcək", - deyə millət vəkili vurğulayıb.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər