Bunu açıqlamasında siyasi şərhçi Elçin Mirzəbəyli bildirib.
Onun sözlərinə görə, bu ilk növbədə işğalçı və soyqırımçı təfəkkürdən qaynaqlanır.
"Yunanıstanın Ermənistana etdiyi səfər zamanı verdiyi bəyanatlar Azərbaycanla iki ölkə arasında münasibətlərin tamamilə pozulması üçün ciddi əsaslar yaradır. Yunanıstanın bu davranışları Azərbaycanın bu ölkə ilə münasibətlərinə yenidən baxmasına zəmin yarada bilər. Baxmayaraq ki, ölkəmiz Cənub Qaz Dəhlizinin Yunanıstan ərazisindən keçməsinə töhfə verib. Yunanıstan heç bir resursa malik olmadığı halda, tranzit ölkəyə çevirilib. Amma görünür ki, Afina bu reallıqları dərk etmək iqtidarında deyil", - deyə o, vurğulayıb. (Trend)