Bunu açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib.
Deputat deyib ki, davamlı olaraq bu yalan təbliğatını aparırlar: “Onlar deyir ki, guya Qarabağda erməni irsi dağıdılır, məhv edilir. Bunun heç bir əsası yoxdur. Qarabağda heç bir erməni abidəsi, mədəni irsi dağıdılmayıb. Amma təəssüflə qeyd etmək lazımdır ki, Qarabağda bizim minlərlə abidəmiz, minlərlə irsimiz vəhşicəsinə, barbarcasına dağıdılıb. Yəni bu gün 67 məscidin, o cümlədən muzeylərin dağıdılması, sənət nümunələrin məhvi, Şuşa xalçalarını Ermənistana, xaricə daşınması... Bütün bunlar hamısı ermənilər tərəfindən inkar edilir. Xankəndidə binalara gəldikdə, bu gün söhbət konkret sökülən binalardan gedirsə, bu binaların mədəni irsə heç bir dəxli yoxdur. Onlar işğaldan sonra ermənilər tərəfindən tikilən binalardır. Yəni məsələnin mahiyyəti onların təqdim etdiyi kimi deyil, bu, növbəti bir həqiqətin təhrif olunması deməkdir”.
Ceyhun Məmmədov qeyd edib ki, müstəqil, suveren ölkənin yalnız bir parlament binası ola bilər: “Bu mənada bu gün car çəkilən şeylər həqiqətlərin təhrifi və yalan mahiyyətli məsələdir. Ermənilər bizim mədəni irsimizi dağıtdıqlarına görə məsuliyyət daşıyır. Buna görə mütləq beynəlxalq hüquq qarşısında məsuliyyət daşıyırlar. Bu, Azərbaycan irsinə qənim kəsilməkdir. Düşünürəm ki, ermənilər bu faktlara, bu suallara cavab verməli, bunun istiqamətinə yanaşma təqdim etməlidirlər. Yenə də təkrar edirəm, ermənilərin bu təbliğatı da yalan və təhrif üzərində qurulub, bunun başqa bir izahı yoxdur”. (APA)