19.10.2024, 17:41
AZ EN
27.02.2024, 15:49 280

Jurnalistlərin cəbhəboyu zonada akkreditasiyası ilə bağlı qaydaya dəyişiklik edildi

XƏBƏRLƏR
  • Jurnalistlərin cəbhəboyu zonada akkreditasiyası və cəbhəboyu zonaya xidməti ezamiyyətlərinin Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə razılaşdırılması qaydasında dəyişikliklər edilib.

Bununla bağlı müvafiq qərarə Baş nazir Əli Əsədov imzalayıb.

Sənədə əsasən, media subyektləri Media Reyestrinə daxil edilmiş jurnalistlərini dövlət orqanlarının (qurumlarının), müəssisə və təşkilatların, qeyri-hökumət təşkilatlarının razılığı ilə və onların müəyyən etdiyi akkreditasiya qaydalarına əməl etməklə həmin qurumlarda akkreditasiyadan keçirə bilərlər.

Dövlət orqanlarının (qurumlarının), müəssisə və təşkilatların, qeyri-hökumət təşkilatlarının razılığı ilə və onların müəyyən etdiyi akkreditasiya qaydalarına əməl etməklə həmin qurumlarda akkreditasiya olunmuş jurnalistə, qapalı tədbirlər istisna olmaqla, iclas, müşavirə və başqa tədbirlər barədə əvvəlcədən məlumat verilir, onun stenoqramlarla, protokollarla və başqa sənədlərlə tanış olması üçün şərait yaradılır.

Oxşar xəbərlər