20.10.2024, 00:00
AZ EN
26.02.2024, 13:18 171

Qarabağdan köçən ermənilər dünya ictimaiyyətindən 100 milyard istəyir

XƏBƏRLƏR

İşğaldan azad edilmiş Qarabağ bölgəsini könüllü tərk etmiş bir qrup erməni açıq məktubla dünya ictimaiyyətinə müraciət edib. Otuz il ərzində Qarabağda qanunsuz məskunlaşmış ermənilər bir neçə gün əvvəl yaydıqları müraciətdə onlara dəymiş ziyana görə dünya ictimaiyyətindən 100 milyard dollar istəyib.

"Vətən səsi" xəbər verir ki, bu barədə “Caliber”in “YouTube” kanalında yayımlanan yeni süjetində bildirilib. Məlumata görə, məktubda ermənilər “Azərbaycanın tərkibində yaşamağın dəhşətlərini” təsvir edərək dünya ictimaiyyətindən 100 milyard dollar tələb ediblər. Onlar qeyd ediblər ki, bu məbləğ Qarabağ ermənilərinin itkilərinin cəmi on faizinə bərabərdir.

“Belə çıxır ki, Qarabağ ermənilərinin itkiləri nə az, nə çox - 1 trilyon dollara bərabərdir. Çünki Qarabağ öz təbii ehtiyatlarına görə ikinci İsveçrədir”, - videomaterialda vurğulanır.

Elxan SALAHOV

Oxşar xəbərlər