Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Adanadakı Vağzal meydanında keçirilən mitinqdə çıxışında deyib.
"Biz beynəlxalq aləmdə dövlətimizin mənafeyini, millətimizin şərəfini qətiyyətlə müdafiə edirik. Türkiyə regional deyil, qlobal güc olmaq yolunda möhkəm addımlar atır. Böhranların həllində ölkəmizin əsas rolu getdikcə daha çox başa düşülür. Biz Liviyadayıq, Qarabağdayıq", - Ərdoğan bildirib. (Report)