19.10.2024, 21:29
AZ EN
23.02.2024, 20:28 196

Yalçın Rəfiyev: Küveyt Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini hər zaman dəstəkləyib

XƏBƏRLƏR
  • Küveyt Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini hər zaman dəstəkləyib. Münasibətlərimiz qarşılıqlı inama və etibara əsaslanır.

Bu sözləri Azərbaycanın xarici işlər nazirinin müavini Yalçın Rəfiyev Küveyt Dövlətinin 63-cü Milli Günü və 33-cü Qurtuluş Gününün ildönümü münasibətilə keçirilən tədbirdə söyləyib.

O bildirib ki, Azərbaycan və Küveyt dostluğu tarixi və mədəni köklərə söykənir. İki ölkə arasında iqtisadi, siyasi, mədəni sahələrdə əlaqələr yüksək səviyyədədir.

"Azərbaycan və Küveyt arasında həm ikitərəfli, həm də çoxtərəfli əməkdaşlıq əlaqələri var. Beynəlxalq təşkilatlar çərçivəsində də münasibətlərimizi uğurla davam etdiririk",- deyə Y.Rəfiyev əlavə edib. (AZERTAC)

Oxşar xəbərlər